Gürcü güləşi

Gürcü güləşi

Gürcü güləşi gürcü idmanının ən qədim növlərindən biridir. Güləş bir çox ölkələrdə vardır, amma gürcü güləşi onlardan fərqlənir. Xüsusilə də gürcü güləşinin qədim üslubu maraqlıdır. Xüsusi detallar bu idman növünü daha görüntülü edirlər.

Güləşin inkişaf tarixi

Əvvəllər güləş əsasən kəndlərdə, milli və dini bayramlarda keçirilirdi. Gürcüstanın hər zaman düşmən hücumlarına məruz qaldığına görə gürcülər çalışırdılar ki, düşmənin qarşısına hazırlıqlı, güclü çıxsınlar. Güləş də mübarizə üçün hazırlığın vasitələrindən biri idi. Nisbətən sonralar, 15-ci və 17-ci əsrlərdə güləş bütün Gürcüstanda yayıldı. Camaat məmuniyyətlə idmanın bu növünə tamaşa edirdi.

Güləşin məşhurluğuna görə Gürcüstanın şəhərlərində güləş meydançaları tikildi. Burada həm məşhur gürcü güləşçiləri, eləcə də Hindistandan, Türkiyədən, Finlandiyadan və Yaponiyadan gəlmiş pəhləvanlar güləşirdilər.

Gürcü güləşi qaydalara əməl edilməsi ilə keçirilirdi. O, hər zaman elementlərin rəngarəngliyi ilə seçilirdi. Güləşin əsas qaydası o idi ki, yıxılmış rəqiblə mübarizə dayandırılırdı.

Əllə vurmaq, əllə boğazı tutmaq və hər növ kobud yanaşma gürcü güləşməsində amansızcasına qadağan edilirdi.

İdmanın bu növü əsasən bayramlarda keçirilirdi. Bu fakta görə güləş zamanı hər zaman musiqi səsi eşidilirdi. Gürcü güləşi zurna və nağaranın müşaiəti xaricində təsəvvür edilməz idi. Musiqi ritm yaradırdı. Bu ritmlə döyüşçülərin hərəkətləri də başlayırdı. Hər bir hərəkət musiqinin müşayiəti ilə və onun tempinə uyğun olaraq yerinə yetirdi. Gürcü güləşi, bir nəzərdən, rəqsə bənzəyirdi və çox görüntülü mənzərə idi.

Müasir Gürcüstanda güləş

Güləş Gürcüstanda bu gün də çox məşhurdur. Güləşçilər güləş zallarında çıxış edirlər. Olimpiya oyunları üçün hazırlaşırlar. Gürcüstanın güləş üzrə çoxlu məşhur Olimpiya çempionları vardır. Gürcüstanda hal-hazırda da bayramlarda gürcü güləşinin təşkil edilməsi ənənə olaraq qalır. Hər il payızda camaat Tbilisoba bayramını qeyd etdikdə gürcü güləşi çox maraqlı görüntü olaraq qalır.