Qida zənciri

Canlı varlıqlara qida lazımdır. Onlar qida ilə yaşayırlar. Bitkilər də qidalanırlar. Qida olmadan bitkilər yaşaya bilmirlər.

Bitkilər torpaqda böyüyürlər. Onlara qidanı torpaq verir. Bitkilərə qidanın hazırlanması üçün günəş, su və hava da lazımdır.

Bununla yanaşı, bitkilər özləri də qidadır. Bitkilər heyvanları və həşəratları qidalandırırlar. Bitkiləri heyvanlar yeyirlər. Bitkiləri həşəratlar da yeyirlər. Onlar bitki ilə qidalanan adlanırlar. Bəziləri onları otyeyən adlandırırlar.

Cırcırama bitkilərlə qidalanır. Cırcırama həşəratdır. Cırcırama bitki yeyən həşəratdır. Cırcırama otyeyən həşəratdır.

Dovşan da bitkilərlə qidalanır. Dovşan bitki yeyən heyvandır. Dovşan da otyeyən heyvandır. O, yaşıl otları və ağacın qabıqlarını sevir.

İnək də otyeyən heyvandır. İnək ev heyvanıdır: o, otla qidalanır. İnək otla qidalanır, yəni otlayır...

Heyvanların hamısı bitkilərlə qidalanmırlar. Heyvanlardan bəziləri özlərindən xırda heyvanlarla qidalanırlar. Canavar bitkiləri sevmir. Canavar heyvanlarla qidalanır. Canavar dovşanı yeyir. Canavar ətyeyən heyvandır. Ətyeyən heyvanlar yırtıcı heyvan adlanırlar. Canavar yırtıcı heyvandır.

Tülkü, çaqqal, pələng yırtıcı heyvanlardır... Onlar özlərindən xırda heyvanlarla qidalanırlar, belə ki, ətyeyəndirlər. Onlar bitkilərlə qidalanmırlar...

Dediyimiz kimi, cırcırama bitkilərlə qidalanır. Cırcırama bitkilərlə qidalanır və böyüyür. Cırcırama bitki yeyəndir. Cırcırama otyeyəndir.

Qurbağa cırcıramanı yeyir. Qurbağa cırcırama ilə qidalanır və böyüyür. Qurbağa həşəratlarla qidalanır.

Balıq qurbağanı yeyir. Balıq qurbağa ilə qidalanır və böyüyür. Balıq da ətyeyəndir.

Balığı ayı yeyir. Ayı balıqlarla qidalanır. Ayı ətlə də qidalanır. Ayı bal və giləmeyvələri də yeyir. Ayı balıqla, ətlə, balla və giləmeyvə ilə qidalanır və böyüyür. Ayının müxtəlif qida yediyindən onu müxtəlif qidalanan heyvan adlandırırlar.

Bu, qida zənciridir. Zəncirin əsas hissələridir:

Bitkilər və otlar;

Otyeyənlər, yəni bitkilərlə qidalananlar;

Ətyeyənlər və ya yırtıcılar.

Müxtəlif qida ilə qidalananlar.