Zürafə
Zürafə dünyada ən hündür heyvandır. Onun hündür ayaqları və uzun boynu var. Zürafə Afrika səhrasında yaşayan heyvandır. Zürafələr əsasən Afrikanın cənub hissəsində yaşayırlar, bunun üçün də cənub zürafələri adlanırlar. Müxtəlif yerdə yaşadıqlarına görə, zürafələr fərqli şəkildə görünürlər, məsələn, Keniyada Keniya zürafəsi məşhurdur, Nubiya isə Nubiya zürafələri ilə məşhurdur. Onlardan hər birinin özünəməxsus xassəsi var, məsələn, Cənub zürafəsinin dərisi dizlərinə qədər açıq qəhvəyi ləkələrlə örtülüdür, bu da onu yaxşı maskalayır və düşməndən qoruyur. Keniya zürafəsi yırtıcı heyvandan müdafiə məqsədilə, ön ayaqları ilə zərbə vurur. Nubiya zürafəsi elə də ağıllı heyvan deyil. O, su içdiyi zaman ön ayaqlarını geniş açır və boynunun aşağı su içməyə əyir. Bu
zaman tez-tez yırtıcı heyvanın qurbanı olur.
Zürafənin xarici görünüşü
Zürafələr uzun heyvanlardır, çünki onların uzun boynu və ayaqları var. Zürafənin ön ayaqları daha uzundur, nəinki arxa. Buna görə də onun kürəyi demək olar ki, quyruğuna tərəf əyilmişdir. Yetkin zürafə 5,5 metrə çatır, erkək zürafə isə dişidən 25 sm hündür olur. Onların da insanlarda olduğu kimi, boyunlarının yeddi fəqərə sümüyü var. Zürafənin boynu çox elastiki və güclüdür. Gənc zürafələr bir-biri ilə boyunlarını çəkməkdə yarışırlar.
Zürafənin başında balaca sümüklü buynuzları var. Buynuzlar qısa tüklə örtülüdür. Zürafənin dodaqları hərəkətlidir, onun dili isə çox uzun və çevikdir. Zürafənin dili 53 santimetrə çatır. Zürafənin 32 dişi var, onların hamısı itidir və yan dişləri kəsicidir. Qulaqları və gözləri də böyük ölçüdə olur. Onların bədəni isə gözəl zolaqlarla bəzənmişdir. Zürafənin quyruğu elə də uzun deyil, yalnız dizlərinə qədər çatır, ancaq cücülərlə mübarizədə ona çox kömək edir.
Zürafələr necə yaşayırlar?
Zürafələr ayrı-ayrılıqda yaşamağı sevmirlər. Onlar bir sürüdə yaşayırlar, yem tapmağa birlikdə gedirlər.
Zürafələrin dəstəsi
Zürafələr suyu xüsusilə sevirlər və hər zaman içməyə su axtarırlar. Zürafələr çox az yatırlar. Səhərlər qida axtarmağa çıxır, günortalar isə kölgə axtarır və uzanırlar. Yeməyi həzm etdikləri zaman yatırlar, amma az vaxt, çünki yırtıcı heyvanlardan qorxurlar.
Zürafə hər gün 80 kiloqram qida alır və həzm edir. Onun əsas yemi akasiya yarpaqlarıdır. Ümumiyyətlə, akasiya yarpaqları zəhərdən ibarətdir, budaqları isə iti uclu tikanlarla örtülüdür, amma zürafələr buna xüsusilə adət etmiş və çoxlu yarpaq yeyə bilərlər. Zürafənin yaxşı görmə qabiliyyəti var və bu da ona akasiya ağacında çox zəhərli olmayan körpə yarpaqları axtarmağa kömək edir.
Zürafələrin çoxalması
Zürafə balasını qarnında 15 ay saxlayır. O, əkizlər dünyaya gətirə bilmir, yalnız bir bala dünyaya gətirir. Balanın doğulma mərhələsi çox maraqlıdır. Vaxtı çatanda zürafə otun üzərinə uzanmır. Ayaq üstə durur və balası da doğulur. Balaca zürafə təxminən 1,5 – 2 metrdən aşağı düşür, amma ona heç nə olmur. Bir neçə saatdan sonra qaçmağa başlayır. İki həftədən sonra isə zürafə öz balası ilə dəstəyə qatılır və balacaya yem axtarmağı öyrədir.
Okap – zürafəyə qohum olan heyvan
Okap, zürafə kimi, buynuzlu heyvandır. Onun da zürafə kimi xırda buynuzları və uzun boynu var. Amma zürafənin boynu onunla müqayisədə daha uzundur və eləcə də zürafənin başı həmişə yuxarı qalxmış olur, okap isə daha çox başıaşağı gəzir.
Okap
Okapın bədəni bütövlükdə ağ zolaqlarla bəzənməmişdir. Onun bədəni tünd qəhvəyi rəngdə, üzü ağ, ön və arxa ayaqları ağ rəngə bəzədilmişdir. Zürafədən fərqli olaraq okapın görmə qabiliyyəti çox pisdir. Bunun əvəzinə, yaxşı qoxulama və eşitmə qabiliyyəti ilə seçilir və bu da ona yırtıcılardan qorunmaq imkanını verir. Okap Mərkəzi Afrikanın qaranlıq, tropik meşəsində yaşayır. O, tənha yaşamağı sevir və müvafiq olaraq okapların dəstəsinə də heç yerdə rast gəlmək olmaz.
Son söz
Okap və zürafə bir ailədə birləşirlər və onları zürafələr adlandırırlar. Onlar isti Afrikanın sakinləridirlər və başqa ölkələrin iqlimlərinə çox çətin vərdiş edirlər. İnsanlarla heç bir işləri olmur. İnsan öz tərəfindən zürafə ilə çox düşmənçilik edir, onun gözəl dərisini çox bəyənir, ətini isə qida kimi istifadə edir..... Zürafələrin sayı çox azalmışdır, Şimali Afrikada onların nəsli tam azalmışdır. İnsan belə gözəl və zərərsiz heyvanın varlığına mane olmamalıdır.