Böyük baryer rifi
Böyük baryer rifi mərcan riflərinin və adalarının böyük zənciridir. Mərcan isə buynuzcuqları ilə dənizin və okeanların dibinə bərkidilmiş su heyvanıdır. Mərcanlar çoxlu sayda Aralıq dənizi və Atlantik okeanında olurlar. Məhz Böyük baryer rifi belə bir mərcanların nəhəng zəncirini təqdim edir və Avstraliyanın yaxınlığında Sakit okeanın qərb hissəsində yerləşir. Böyük baryer rifini britaniyalı dənizçi Ceyms Kuk dəniz ilə səyahət etdikdə 1770-ci ildə kəşf etmişdir. Rif suda gediş-gəlişə mane olurdu. Kukun gəmisi də rifə dəyib okeanda batdı. Məhz bu yolla Ceyms Kuk Avstraliyanın şimal tərəfində yerləşən bu gözəl və qəribə sualtı aləmi gördü.
Böyük baryer rifi təxminən 2900 ayrı-ayrı riflərdən və 1000-ə yaxın adalardan ibarətdir, riflərin bu nəhəng zəncirinin səthi isə 347 800 kvadrat kilometr uzanır.
Böyük baryer rifində canlı aləm
Turist sualtı rəngarəng canlı aləmə rast gəlir. Mərcanların növləri də müxtəlifdir. Burada 359 növdə mərcan yaşayır. Onlardan başqa bu yerdə müxtəlif növ balıqlar, köpək balıqları və tısbağalar yaşayırlar. Su quşlarının növlərini burada görmək olar.
Böyük baryer rifində yaşayan heyvanlardan və quşlardan bəzilərinin nəsli kəsilmək üzrədir, bəziləri isə yalnız və yalnız bu yerdə yaşayır və dünyanın başqa guşəsində təsadüf olunmur. Heyvanlardan və quşlardan başqa müxtəlif və gözəl sualtı bitki aləmi yox olmaqdadır. Bu aləm özünə çoxlu turist cəlb edir.
Turistlər
Avstraliyaya tərəf turistlər tez-tez Böyük baryer rifini görmək üçün gedirlər. Hər il Avstraliyaya milyonlarla turist qonaq olur. Böyük baryer rifinə turistlər gəmi və və ya sualtı təchizatın vasitəsilə enə bilərlər. Rifə baxmaq yuxarıdan da mümkündür, balaca təyyarənin vasitəsilə. Avstraliya dövləti rifin qayğısına qalır və onu insanların pis rəftarından qoruyur. Burada balıqçılığa icazə verilir, amma dövlət tərəfindən çox ciddi nəzarət olunur ki, balıqçılar zəhərləyici maddələr istifadə etməsinlər.
Böyük baryer rifi Avstraliya üçün böyük gəlir mənbəyidir, bura gəlmiş turistlər tərəfindən xərclənmiş pul ölkənin gəlirini artırır. Böyük baryer rifinin qorunması və ona qayğının göstərilməsi təkcə Avstraliya üçün vacib deyil. O, 1981-ci ildə YUNESCO-nun dünya irsləri siyahısına daxil edilmiş və ona həmin vaxtdan YUNESCO qayğı göstərir. Təbiətin belə bir gözəlliyinə qayğının göstərilməsi və onun qorunması hər kəsin borcudur.