Gürcü xalq rəqsi

Rəqs musiqinin müşayiəti ilə ritmik hərəkətdir. O, musiqinin xarakterindən, sürətindən və hərəkətlərindən asılı olaraq fərqli olur. Rəqslər mənşələrinə görə də fərqlənir. Dünyanın bütün xalqlarının öz rəqsləri var, onlar tərəfindən düşünülmüş və onlar üçün sevimli. Gürcülərin də öz doğma rəqsləri var. Onlar gürcü xalq rəqsləri adlanırlar.

Rəqsin yaradılması tarixi

Gürcü rəqsinin böyük tarixi var. Alimlər qədim gümüş piyaləni tapmışlar, hansında maskalı ovçuların rəqsi təsvir edilmişdir. Alimlər hesab edirlər ki, bu rəqs svanların ov allahı, Daliyə həsr olunurdu. İlk rəqs nümunəsi olaraq hal-hazırda məhz ovçuluq rəqsi hesab edilir. O zamanla işlənilmiş, təkmilləşmiş və xorum rəqsi formalaşmışdır.

Qadınların rəqsləri ovçuluq rəqslərindən daha əvvəl formalaşmalı idi. Qadınlar allahlara olan hörmətlərini rəqslə ifa edirdilər.

Müasir gürcü rəqsləri

Zamanla müxtəlif rəqslər formalaşdılar, o cümlədən cütlüklərdə rəqslər, rəqs-oyunlar və s. Hal-hazırda bir çox gürcü rəqsləri qorunub saxlanılmışdır. Gürcüstanda rəqs dəstələri fəaliyyət göstərir, onlar rəqsləri ifa edir və tamaşaçılara nümayiş etdirirlər. Onlar rəqslərin qorunub saxlanılmasına dəstək verirlər, amma zamanla rəqslər yenə də dəyişikliyə məruz qalırlar. Bu dəyişikliklərə rəqslərin rəqs tərzi, xarakteri, onların görünüşü səbəb olur.

Rəqs elementi tam rəqsin tərkib hissəsidir. Bu hərəkətdir, hansını hər bir insan özünəməxsus şəkildə yerinə yetirir. Məhz elementlərin yerinə yetirilməsinin fərqli üslubu rəqsin xarakterinin, üslubunun dəyişməsinə səbəb olur.

Gürcü rəqsinin müxtəlif növləri mövcuddur. Onların öz yaranma və inkişaf tarixi vardır. Gürcü xalq rəqslərdir: kartuli, mtiuluri, davluri, bağdaduri, qandaqana, samaya, xevsuruli, kintouri, xancluri və s. Rəqslərdən hər biri Gürcüstanın müxtəlif bölgəsinin xarakteri və ənənələrini bildirir.

Ən məşhur gürcü rəqsi kartulidir. O, sevgi xarakterli rəqsdir, onu qadın və kişi ifa edirlər. Qadını zəriflik və utancaqlıq xarakterizə edir, oğlanı isə - möhkəmlik və özünə əminlik.

Eləcə də qandaqana çox maraqlı və gözəl bir rəqsdir. Bu rəqs Acarıstanda yaranmışdır. Onu iki cür ifa edirlər: gah yalnız qadın və kişi ifa edir, gah da qadınlar və kişilər dəstəsi.

Dağ xalqı üçün xancluri, xevsuruli və mtiuluri xarakterikdir. Onlar bədənin dili ilə sevgini, kişiliyi və qadına olan hörməti ötürürlər.

Bundan başqa, hər bir rəqs öz xarakteri ilə fərlənir, onların eləcə də fərqli zahiri xüsusiyyətləri var. Məsələn, kartuli rəqsi zamanı rəqqaslar başqa rəqs formasını geyinir, onların saç düzümü başqadır, nəinki mtiuluri rəqsi zamanı. Rəqs hansı bölgənindirsə, rəqs formaları da bu bölgənin xarakterini və ənənələrini əks etdirir.

Son söz

Gürcü rəqsi təkcə ənənə deyil, eləcə də çox gözəl görüntüdür. O, bədənin dili ilə tamaşaçıya Gürcüstanın müxtəlif guşələrinin əhval-ruhiyyəsini, onların hərarətini və gözəlliyini ötürür. Məhz bunun üçün də gürcü rəqsini həm gürcü və eləcə də xarici tamaşaçı əfsunluqla seyr edir.